Hesabın silinməsi

Son yenilənmə: 2 sentyabr 2026

Bu səhifə Gateflow mobil tətbiqinin və veb panelinin istifadəçilərinin öz hesabının və şəxsi məlumatlarının silinməsini necə tələb edə biləcəyini izah edir.

Silmə tələbi necə göndərilir

Hesabın silinməsi e-poçt vasitəsilə tələb olunur. Tələbi yalnız hesabın sahibi göndərə bilər.

  • legal@gateflow.az ünvanına «Hesabın silinməsi» mövzusu ilə e-poçt göndərin.
  • Məktubda Gateflow-a daxil olduğunuz telefon nömrəsini qeyd edin.
  • Kimliyinizi təsdiqləmək üçün həmin nömrə ilə sizinlə əlaqə saxlayırıq.
  • Təsdiqdən sonra tələb ən geci 30 gün ərzində icra olunur və nəticə e-poçtla bildirilir.

Silinən məlumatlar

Hesab silindikdə aşağıdakı şəxsi məlumatlar sistemdən çıxarılır:

  • Ad, soyad, telefon nömrəsi və e-poçt ünvanı
  • Şəxsiyyət sənədinin nömrəsi və doğum tarixi
  • Profil şəkli
  • Bağlı cihazlar və aktiv giriş sessiyaları
  • Bildiriş tənzimləmələri

Saxlanılan məlumatlar və müddətlər

Bəzi qeydlər şəxsi hesabınıza deyil, işlədiyiniz şirkətə aiddir və dərhal silinmir. Hesabınız silindikdən sonra bu qeydlərdə adınızın yerinə anonim identifikator göstərilir.

  • İş vaxtı qeydləri (giriş-çıxış, tabel, məzuniyyət) — işəgötürənin mühasibat və əmək sənədləridir; şirkət platformadan istifadə etdiyi müddətdə saxlanılır.
  • Audit qeydləri — 730 gün.
  • Bildiriş tarixçəsi — 180 gün.
  • Texniki server logları — 90 gün.
  • Şirkət platformadan tamamilə ayrıldıqda ona aid bütün məlumatlar 90 gün sonra silinir.

Əlaqə

Silmə prosesi və ya saxlanılan məlumatlarla bağlı sualınız varsa legal@gateflow.az ünvanına yazın.